17 oktyabr 2024 15:44
108

Fərid Qayıbov: Ümid edirik ki, gələcəkdə reqataya qatılacaq idmançıların sayı daha da artacaq

Ümid edirik ki, gələcəkdə reqataya qatılacaq idmançıların sayı daha da artacaq.

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında "Mingəçevir reqatası-2024” beynəlxalq turniri barədə danışarkən deyib.

Nazir hazırda Füzulidə bayram ab-havası olduğunu söyləyib:

"Şəhərin işğaldan azad olunduğu gündə beynəlxalq turnir təşkil edilir. Hər kəs buradadır. İştirakçılar, izləyicilər xoşbəxtdir. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq.