17 oktyabr 2024 17:08
103

Yaşar Gülər Brüsseldə ABŞ-nin müdafiə naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Belçikanın paytaxtı Brüsseldə ABŞ-dən olan həmkarı Lloyd Ostin ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər NATO müdafiə nazirlərinin Belçikada keçirilən növbəti iclası çərçivəsində bir araya gəliblər.

Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.