17 oktyabr 2024 18:53
105

Aİ ölkələri Ukraynaya hərbi yardımı artıracaq

Aİ ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri, raketlər və mərmilərin tədarükünü artırmalı və sürətləndirməlidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitinin bəyanatında deyilir.

“Avropa Şurası hərbi dəstəyin sürətlə artırılmasına və tədarükünün, xüsusən də hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və raketlərin sürətləndirilməsinə çağırır”, - deyə, bəyanatda qeyd edilir.

Bunun Ukrayna əhalisini və ölkənin enerji infrastrukturunu qorumaq üçün zəruri olduğu iddia edilir.