18 oktyabr 2024 11:58
89

Nazir: Azərbaycanda "yaşıl maliyyə"nin genişləndirilməsi üçün innovativ həllər tətbiq olunmalıdır

Azərbaycanda "yaşıl maliyyə"nin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır.

“İki sahil” xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda deyib.

Onun sözlərinə görə, "yaşıl iqtisadiyyat"a keçid mühüm prioritetlərdən biridir: "Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır. "Yaşıl iqtisadiyyat"ın inkişafı üçün ən mühüm şərtlərdən biri "yaşıl maliyyə"nin mövcudluğudur. Bunun üçün həmçinin cəmiyyətin "yaşıl maliyyə" barədə məlumatlılığı artırılmalı və maraqlı tərəflər arasında dialoq qurulmalıdır".

Qeyd olunan tədbirlərin Azərbaycan Mərkəzi Bankının strateji gündəliyinin nüvəsini təşkil etdiyi deyən nazir tənzimləyici tərəfindən əlavə olaraq "yaşıl maliyyə" üzrə tənzimləyici çərçivənin təkmilləşdirildiyi diqqətə çatdırıb: "Əsas hədəfimiz maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir".