18 oktyabr 2024 13:00
74

İndiyə qədər COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib

İndiyədək COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib.

Onun sözlərinə görə, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. P.Pirimov bildirib ki, eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb:

"Xırda detallar var ki, üzərində işlər gedir. Media, tv və radio, yazılı mətbuat üçün iş otaqları ayrılıb. Tv və radio yayımçıları üçün 330 iş, 300 yazı masası ayrılıb".