Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Bakı Mərkəzi Valyuta" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.
“İki sahil” xəbər verir ki, şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 900 110 manata çatdırıb.
Bu məbləğ "Bakı Mərkəzi Valyuta"ya paytaxtda iki valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.
Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" 2022-ci ildə yaradılıb.
Bundan əvvəl "Eliko", "Meta-Kapital", "Delta Capital" və Zuhur" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Beləliklə, valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib.
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır