18 oktyabr 2024 17:26
91

Neft Fondunun aktivləri 62 mlrd. dollara yaxınlaşıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il sentyabr ayının 30-na aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 10% artaraq 61 697,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “İki sahil”ə ARDNF-dən bildirilib.

Qeyd edək ki, ARDNF-nin ilin əvvəlinə aktivləri 56 069,7 milyon ABŞ dolları idi.