19 oktyabr 2024 11:07
157

COP29-da “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin açılış mərasimi keçirilib

Oktyabrın 19-da Milli Gimnastika Arenasında yerləşən “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29 Prezidentliyinin digər nümayəndələri və könüllülər iştirak ediblər.

Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar var. Mərkəz həftənin 6 günü fəaliyyət göstərəcək.

Qeyd edilib ki, mərkəz bu gündən etibarən xidmətə tam hazırdır. Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub. Uniformalar yerli istehsaldır.

Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartı təqdim olunub.