19 oktyabr 2024 11:18
157

Muxtar Babayev: COP29-a hazırlıq işləri davam edir, bəzi işlər tamamlanıb

“Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına hazırlıq işləri davam edir”.

“İki sahil” xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimində deyib.

M.Babayev hazırda bu istiqamətdə bəzi işlərin tamamlandığına diqqət çəkib: “Qalan işlərin yekunlaşması, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün işlər davam edir".