30 oktyabr 2024 09:39
144

10 yaşlı uşağı maşın vurub

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü X.X.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.