01 noyabr 2024 17:52
84

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə noyabrın 2-3-ü gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Bundan başqa, Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək ki, bu da sarı xəbərdarlığın göstəriciləridir.