05 noyabr 2024 15:34
67

Salahdan qalmaqallı paylaşım

"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 10-cu turunda "Brayton" üzərində qələbədən (2:1) sonra sosial şəbəkə hesablarında paylaşım edib.

“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçunun paylaşımı birmənalı qarşılanmayıb. Bu, azarkeşlər və futbol ictimaiyyətinin Salahın mövsümün sonunda komandadan ayrılacağına işarə vurduğunu düşünməsinə səbəb olub.

“Bu klubun yeri cədvəlin başındadır. Bütün komandalar qalib gəlir, amma sonda yalnız bir çempion var. Dünən gecə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Nə olursa, olsun, "Enfild"də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam".