Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.
“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, - deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb.
Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, əvvəllər müəyyən yalnışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğuladı.
Belçika XİN: Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirilməsindən dərin narahatlıq duyuruq
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Daşkənddə keçirilən beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər