02 dekabr 2024 16:59
84

Maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bununla əlaqədar təkliflər olmalıdır:

"Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".