Afrika ölkəsi sayılan Çad Fransa ilə müdafiə sahəsindəki əməkdaşlıq müqaviləsini ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Çad hökuməti fransız hərbçilərin ölkəni tərk etmələrini tələb edib.
Məsələ ilə bağlı açıqlama verən Çad Xarici İşlər Nazirliyi bu qərarın tarixi bir dönüş nöqtəsi olduğunu bildirib:
“Müstəqilliyimizi əldə etdikdən 66 il sonra tam formada suverenliyimizi elan etməyin və milli prioritetlərə uyğun olaraq strateji tərəfdaşlıqları yenidən müəyyənləşdirməyin vaxtıdır”.