Gürcüstan hökumətinin keçmiş aparat rəhbəri Petre Mamradze bildirib ki, Qərb Gürcüstanda iğtişaşçıların hərəkətlərinə susur, lakin polisin zorakılıq olmadan işləməsini tənqid edir.
“İki sahil” xəbər verir ki, RT-yə müsahibə verən Petre Mamradze bildirib ki, Qərbdən, Brüsseldən qışqırırlar ki, Gürcüstanda polis nümayişçiləri vəhşicəsinə döyür: “Amma onlar heç vaxt parlament binasında yanğını necə törətdiklərindən danışmırlar.”
Eyni zamanda, Mamradzenin vurğulayıb ki, təhlükəsizlik qüvvələri ağır yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılır, hüquq-mühafizə orqanları isə iğtişaş iştirakçılarına qarşı yalnız adi vasitələrdən - sudan, bəzən də gözyaşardıcı qazdan istifadə edirlər.
Əvvəllər Tbilisidə iğtişaşçılar polisə qarşı daş, şüşə butulkalar və pirotexniki vasitələrdən istifadə ediblər: təhlükəsizlik qüvvələrinə fişənglər atıblar.