04 dekabr 2024 12:46
108

Son vəziyyət Zelenskinin ərazi güzəştləri ilə bağlı mövqeyinə təsir edib

Rusiya ordusunun irəliləməsi Vladimir Zelenskinin ərazi güzəştləri ilə bağlı mövqeyinə təsir edib.

“İki sahil” xəbər verir ki, bu haqda “Responsible Statecraft” məlumat yayıb.

Nəşrin yazdığı kimi, hələ oktyabr ayında Zelenski Kiyevin güzəştə getməyəcəyini bəyan etmişdi. Ancaq Rusiya Silahlı Qüvvələri irəlilədikcə vəziyyət dəyişib.

Nəşr yazır: “Ukrayna sərhədlərinin dağılması Kiyevdə yeni reallığın yaranmasına səbəb ola bilər”.

Materialda həmçinin deyilir ki, Ukrayna hakimiyyətinin danışıqlara başlamalı olduqlarını etiraf etməsi Kiyevin şərtləri müzakirə etmək istəyinin əlaməti ola bilər.