Gürcüstanın paytaxtı Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.
“İki sahil” bu barədə yerli KİV-ə istinadla xəbər verir.
Xüsusi təyinatlılar üç tərəfdən nümayişçilərə doğru irəliləyib. Mitinq iştirakçılarına qarşı güc tətbiq edilmir.
Təhlükəsizlik qüvvələri parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyib.