Gürcüstanın tanınmış müxalifət liderləri- keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.
“İki sahil” xəbər verir ki, onlar bu addımı teledebata bir neçə saat qalmış atıblar.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan edib və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında (1tv.ge) teledebata çağırmışdı. Dekabrın 3-də müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Teledebat dekabrın 4-də saat 22:00-a təyin olunmuşdu. Bu gün günün ikinci yarısında isə hər iki müxalifət lider debatdan imtina ediblər.
Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, “radikal müxalifət” dəqiq bilir ki, onların deməyə sözü yoxdur:“Bu iki şəxs iki arifmetik orta “millətli”dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar”.