04 dekabr 2024 17:45
107

Emil Balayev uzun müddətdən sonra rəsmi oyuna çıxacaq

"Neftçi"nin qapıçısı Emil Balayev uzun müddətdən sonra rəsmi oyuna çıxacaq.

“İki sahil” xəbər verir ki, 30 yaşlı qolkiper "Difai"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alacaq.

Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunan “Matc TV” turnirində, Serbiya klubu “Srvena Zvezda” (0:4) ilə görüşdə zədələnmişdi. O, həmin vaxtdan sonra heç bir qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, "Neftçi" - "Difai" oyunu saat 18:00-da start götürəcək.