"Çelsi"nin futbolçusu Mixail Mudrik qışda komandasından ayrıla bilər.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, “Barselona” ukraynalı yarımmüdafiəçi ilə danışıq aparır.
Kataloniya təmsilçisi Mudriki qışda altı aylıq icarəyə götürməyi planlaşdırır. "Çelsi" də istənilən oyunu sərgiləməyən Mudriki göndərməyə müsbət yanaşır.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "Çelsi"nin heyətində 16 oyun keçirib, 3 qol vurub və 4 qol ötürməsi edib.