04 dekabr 2024 23:32
104

BMT Baş katibi Gürcüstanda bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb

BMT Baş katibi Antoniu Quterreş Gürcüstanda davam edən etiraz aksiyalarından narahatlığını dilə gətirib.

“İki sahil” xəbər verir ki, bunu onun rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

Sözçü bildirib ki, Baş katib bütün tərəfləri zorakılığa gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə və dialoq vasitəsilə fikir ayrılıqlarını aradan qaldırmağa çağırır:

"Biz Gürcüstandakı hadisələri narahatlıqla izləyirik, insanların dinc toplaşma azadlığına hörmət edilməsinin vacibliyini vurğulayırıq. İnsan hüquqlarının pozulması ilə bağlı bütün hesabatların operativ və tam şəffaflıqla araşdırılması da eyni dərəcədə vacibdir".