İtaliyanın Baş naziri Ciorcia Meloni Romada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.
Bildirilib ki, Baş nazirlər ölkələrin ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirmək öhdəliyini bir daha təsdiqləyiblər. İki lider sərfəli ticarət əlaqələrindən, xüsusilə infrastruktur və enerji sektorlarında investisiyaların və ticarətin daha da gücləndirilməsindən məmnun olduqlarını bildiriblər. Görüşdə, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyi bir daha vurğulanıb.