Yeni il ərəfəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.
"Tezliklə, artıq ənənəvi olan MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək", - o deyib.
Qeyd edək ki, daha əvvəl Birliyin baş katibi Sergey Lebedev dekabrın sonunda Astanada MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşünün olacağını bildirmişdi.