Mərakeşin Zakura şəhərində keçirilən 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.
“İki sahil” xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub. Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.
Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.
Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.
Festivalın fəxri qonağı Rusiya olub.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub