Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə "İki sahil"ə Daxili İşlrə Nazirliyindən məlumat verilib.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.