"Bayer" futbolçusu Florian Virtzlə müqaviləsini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Leverkuzen təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək sözləşmə imzalayıb. Tərəflərin əvvəlki müqaviləsi isə 2026-cı ilin yayınadək idi.
Yeni sözləşməyə əsasən, Virtz "Bayer"in ən çox qazanan futbolçusu adına yiyələnəcək. Onun maaşı illik 10 milyon avrodan çox, lakin 20 milyondan xeyli az olacaq.
"Bayer"in yeni müqaviləni yaxında açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Florian cari mövsüm Florian "Bayer"in heyətində 17 oyun keçirib, 7 qol vurub və 2 qolunn ötürrməsini verib.
Xatırladaq ki, daha əvvəl "Real", "Bavariya" və "Mançester Siti"nin Virtzi transfer etmək istədiyi barədə məlumatlar yayılmışdı.