Azərbaycanın II Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi, “Hypers Guba”nın üzvü Cavid İmamverdiyev mükafatlandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Ayın qolu” layihəsi çərçivəsində C.İmamverdiyevə mükafatı XIII turun "Şimal" - "Hypers Guba" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.