Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 9-14 dekabr tarixlərində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin peşəkarlığının artırılması məqsədilə tar və kamança ixtisasları üzrə ustad dərsləri keçirilib.
“İki sahil” xəbər verir ki, Şəki şəhəri 4 nömrəli uşaq musiqi məktəbində keçirilən ustad dərsləri tar ixtisası üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Mürsəlov, kamança ixtisası üzrə Fariz Hüseynov tərəfindən aparılıb.
Dərslərin keçirilməsində məqsəd təhsilin səviyyəsinin yüksəldilməsi, maarifləndirmə işinin təşkili, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, yerlədə lazımi metodiki köməkliyin göstərilməsi, müəllim və şagirdlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasıdır.
Dərslərdə tar ixtisası üzrə tarın tutulma qaydalarına, ifa zamanı barmaqların simlər üzərinə applikaturaya uyğun əməl etmək şərti ilə ardıcıl qoyuluşu, şagirdlərin texniki imkanlarının artırılması məqsədilə qamma və etüd məşğələlərinə mütəmadi olaraq riayət edilməsinin zəruri olduğu qeyd olunub. Eyni zamanda proqramda ifa edilən hər bir əsərin xarakterini dinləyiciyə düzgün çatdırmaq məqsədilə nüans və ştrixlərə xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Kamança ixtisası üzrə isə kamanın tutulma qaydası, pozisiyalardan düzgün istifadə, qammaların və etüdlərin daha çox ştrixlərlə çalınması haqqında ətraflı məlumat verilib.
Ustad dərslərinin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılıb, müəllimləri narahat edən məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub