19 dekabr 2024 13:12
70

“Vladimir Putinlə ilin yekunları” başladı

Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin yekunları ilə bağlı geniş mətbuat konfransı başlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya lideri studiyada jurnalistlərin və vətəndaşların suallarını cavablandırmağa başlayıb.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin birbaşa xəttinə 2 milyondan çox müraciət daxil olub.

Kremlin qeyd etdiyi kimi, rusları ən çox xüsusi hərbi əməliyyata aid məsələlər maraqlandırır.

Bundan əlavə, Putinin birbaşa xəttinə səhiyyə və iqtisadiyyatla bağlı suallar da daxil olub.