Türkiyənin “NOW” kanalında yayımlanan “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialının ilk bölümü müzakirələri də özü ilə gətirib. Məşhur yazıçı və “Halikarnas Balıqçısı” Cevat Şakir Kabaağaçlının nəvələri açıqlama verərək, serialda danışılan hekayənin ailə ilə məsləhətləşmədən yazıldığını bildirib.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Kabaağaçlı ailəsinin yaydığı açıqlamada serialın prodüserlərinin onlardan heç vaxt icazə almadıqlarını vurğulayıb. Ailə bu vəziyyətin onların qanuni hüquqlarını pozduğunu bildirib və qanuni işlərə başlanıldığını açıqlayıb.
"Babamız Cevat Şakir Kabaağaçlının həyat və yaradıcılığından bəhs edən serialın çəkilişi zamanı nə bizimlə, nə də digər ailə üzvlərimizlə heç bir əlaqə saxlanılmayıb. Bu səbəbdən də vəziyyət ailəmizi dərindən üzdü və qanuni hüquqlarımızı qorumaq üçün hüquqi proses başladıldı”, - deyə açıqlamada qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub