20 dekabr 2024 08:55
97

Bəşər Əsədə daha bir zərbə!

Suriyanın devrilmiş liderinin həyat yoldaşı Esma Əsəd bolşanmaq istəyir

Suriyanın devrilmiş lideri Bəşər Əsədə növbəti zərbəni 2000-ci ildə evləndiyi həyat yoldaşı Esma Əsəd vurub.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Londonda doğulan və ailə qurduqdan sonra Suriyaya köçən və bankçılıq karyerasını tərk edən Esma Əsədin Moskvadakı şərtlərindən narazı olduğu və Londona getmək üçün boşanma tələb etdiyi öyrənilib.

Məlumata görə, Rusiya hakimiyyətinin ciddi nəzarətində olan Bəşər Əsədin bu ölkəni tərk etməsinə icazə verilmir və hər hansı siyasi fəaliyyətlə məşğul olması qəti qadağan edilib.

Bildirilib ki, Bəşər Əsədin aktivlərinə və pullarına çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi imkanlarını da məhdudlaşdırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”