Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydada məşğul olduqları təsərrüfat fəaliyyətindən əldə edilən vəsait onların sərəncamında qalacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara təklif olunan dəyişikliklər Milli Məclisdə müzakirə olunub.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən istifadə Qaydası"nın 3.1-ci bəndinə görə isə qurum əldə etdiyi vəsaitdən müvafiq qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir.
Beləliklə, təsbit olunması nəzərdə tutulan dəyişikliyə əsasən sözügedən normativ hüquqi aktların struktur elementləri arasında kolliziya aradan qaldırılır.
Layihə səsverməyə qoyularaq ilk oxunuşda təsdiqlənib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub