Malayziya Beynəlxalq İslam Universitetində müsəlman ölkələrinin ənənəvi mədəniyyət festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin milli stendləri, kitab sərgisi, İslam xəttatlığı müsabiqəsi, ölkələrin musiqi və mədəniyyətinin təqdimatı təşkil olunub. Azərbaycanın Malayziyadakı səfirliyinin hazırladığı stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı və musiqisi ilə bağlı təbliğat xarakterli materiallar nümayiş etdirilib və ziyarətçilərə paylanılıb.
Tədbir çərçivəsində həmçinin, ölkəmizin tanıtımı ilə bağlı video-çarx nümayiş olunub, Malayziya Beynəlxalq İslam Universitetində təhsil alan tələbələrimiz Hafiz Rəhimov, Şahin Müzəffərov, Aqşin Məmmədov Azərbaycan milli rəqslərini və musiqi nümunələrini ifa ediblər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub