Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısına çıxıb.
“İki sahil” xəbər verir ki, pop ulduz bu dəfə “Veyseloğlu” şirkətlər qrupunun 30 illik yubiley gecəsində iştirak edib. “Crystall hall”da baş tutan konsert proqramında şirkətin heyyəti ilə yanaşı müğənninin pərəstişkarları da qatılıb.
Çıxışı boyunca bir-bir hitlərini təqdim edən sevimli müğənniyə pərəstişkarları da qoşulublar. Onlar bütün səslənən mahnıları Tünzalə Ağayeva ilə birlikdə, əzbərə söyləyiblər.
Hər zaman fərqli görünən Xalq artisti bu dəfə də gələn qonaqların zövqünü oxşayıb. Estrada ulduzunun leopard naxışlı, heyrətamiz geyimin müəllifi dizayner Lali Rüstəmovadır.
Xalq artistinin makiyajı və saç düzümü isə stilist Sabir Bağırova məxsusdur.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub