25 dekabr 2024 14:54
107

Rusiya ordusu Ukraynanın enerji obyektlərinə kütləvi zərbələr endirib

Rusiya qoşunları Ukraynada kritik enerji infrastrukturuna zərbələr endirib. Zərbələr hədəfə çatıb və bütün obyektlər vurulub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya ordusu kütləvi zərbə üçün uzaqmənzilli dəqiq silahlardan və pilotsuz uçuş aparatlarından istifadə edib. Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, hücuma məruz qalan enerji obyektləri Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini təmin edib.

Nazirlik həmçinin xarici muzdluların və Ukrayna Təhlükəsizlik Xidmətinin yerləşdiyi yerin məhv edildiyini açıqlayıb. Hücum üçün təyyarə, PUA, raket və artilleriyadan istifadə edilib. Hərbi aerodromlara da zərbələr endirilib.