25 dekabr 2024 16:29
123

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə Qazaxıstan Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gəliblər.

“İki sahil” “Kazinform”a istinadla xəbər verir ki, hadisə yerində araşdırmalara başlanılıb.

Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə araşdırma aparılır.