Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bu dəfə “Məlikməmməd” nağılı təqdim olunub.
“İki sahil” xəbər verir ki, layihənin məqsədi qədim və müasir nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunması, həmçinin uşaqların dünya görüşünü, düşüncə tərzini, təxəyyül gücünü zənginləşdirmək, onlarda ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır.
Məşhur Azərbaycan xalq nağılı olan “Məlikməmməd” ideya və mövzu baxımından cəsarəti, dürüstlüyü, mübarizliyi tərənnüm edir. Dinamik və patriotik süjet xəttinə malik təqdimatın hazırlanmasında Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşanın kadrlarından istifadə olunub.
Layihə çərçivəsində bir çox qədim və müasir nağılların audiovizual təqdimatları nəzərdə tutulub.
Xatırladaq ki, “Nağılların audiovizual təqdimatı” layihəsinin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub