28 dekabr 2024 23:08
123

Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərilib

“AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan bürosuna Mangistau vilayətinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.

Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə gün ərzində gərgin iş aparılıb.

“Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.