29 dekabr 2024 00:29
123

Qəzzada atəşkəs müzakirə edilib

Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani Dohada Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi “HƏMAS” nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat verib.

Tərəflər Qəzza zolağında atəşkəs danışıqlarındakı son hadisələri müzakirə edib, həmçinin, zolaqda davam edən müharibəyə son qoyacaq aydın və əhatəli sazişin hazırlanması məqsədi ilə irəliləmənin mümkün yollarını nəzərdən keçiriblər.