29 dekabr 2024 13:34
134

Son 2 gündə paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 16 nəfər müəyyən olunub

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nəsimi, Xətai, Suraxanı, Qaradağ rayonları, həmçinin Sumqayıt şəhəri, Salyan, Biləsuvar, Göyçay, Beyləqan, İmişli və Şabran rayonlarında son 2 gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 16 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.