29 dekabr 2024 14:55
140

Əli Əsədov: Bu, bütün xalqımızın faciəsidir

"Bu, bütün xalqımızın faciəsidir. Həlak olan vətəndaşlarımızın ailəsinə, xalqımıza təsəlli vermək istəyirəm. Allah rəhmət eləsin".

“İki sahil” xəbər verir ki, bunu baş nazir Əli Əsədov II Fəxri Xiyabanda aviaqəzada həlak olan pilotların dəfn mərasimində deyib.

Baş nazir həmçinin qeyd edib ki, qəza ilə bağlı cənab prezidentin göstərişi ilə dərhal komissiya yaradılıb, araşdırma aparılır.