Faciə xəbərini sosial şəbəkələrdə gördük.
“İki sahil” xəbər verir ki, bunu II Fəxri xiyabanda ekipaj üzvlərinin dəfnindın sonra Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın həyat yoldaşı deyib.
"Höküməni hər gün işə özüm aparıb gətirirdim. Hadisə baş verdiyi gün səhər 6-da onu işə apardım. Saat 12-də Bakıya geri qayıdacaqdı.
Təəssüflər olsun ki, faciə xəbərini sosial şəbəkələrdə gördük. Ondan sonra olanlara da bütün dünya şahiddir. Allah bütün şəhidlərimizə, bu qəzada həlak olanlara rəhmət eləsin", - deyə o əlavə edib.