25 sentyabr 2026 16:28
70

Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişafPlanı təsdiqlənib

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Elmi Şuranıniclası keçirilib.

İclasda Strateji inkişaf, qiymətləndirmə və monitorinqsektorunun müdiri Sevinc Həsənova Kimya İnstitutunun 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planını təqdim edib.

Bildirilib ki, yeni strateji plan fundamental və tətbiqyönlütədqiqatların inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi infrastrukturunmodernləşdirilməsi və yüksək ixtisaslı kadr potensialınıngücləndirilməsini əsas prioritetlər kimi müəyyən edir.

Qeyd olunub ki, 2026-cı ilin ilk altı ayında institutəməkdaşlarının müxtəlif elmi jurnallarda 160 məqaləsi dərcolunub. Onlardan 117-si Scopus, 69-u isə Web of Sciencebazalarında indekslənib. Hesabat dövründə, həmçinin 159 konfrans materialı, bir monoqrafiya, dörd dərslik və 22 patent müəllifliyi əldə olunub.

Strateji plan çərçivəsində elmi nəticələrin sənayedə tətbiqiningenişləndirilməsi məqsədilə İnnovasiya və TexnologiyalarınTransferi Ofisinin fəaliyyətinin inkişaf etdirilməsi, tətbiqpotensialı olan patentlərin və startap layihələrinin sayınınartırılması, sənaye müəssisələri ilə müqaviləli tədqiqatlarıngenişləndirilməsi nəzərdə tutulur.

Planın prioritet tədqiqat istiqamətlərinə yaşıl kimya və dayanıqlıtexnologiyalar, hidrogen energetikası, nanomateriallar vəfunksional materiallar, kataliz və elektrokimya, ətraf mühitkimyası və tullantıların emalı, neft-kimya və qaz-kimyaprosesləri, biokimya və bioaktiv birləşmələr, ağıllı polimerlər vəkompozit materiallar, həmçinin süni intellektin kimyəvitədqiqatlarda tətbiqi daxildir.

Sənədə əsasən, 2030-cu ilədək Scopus və Web of Science bazalarında indekslənən məqalələrin sayının minimum iki dəfə, patent müraciətlərinin sayının isə minimum üç dəfə artırılmasıhədəflənir. Beynəlxalq qrant layihələrinin sayının 50 faizdənçox artırılması, xarici tərəfdaşlarla birgə nəşrlərin payının 40 faizə, gənc tədqiqatçıların ümumi əməkdaşlar arasında payınınisə 35 faizə çatdırılması planlaşdırılır.

Bununla yanaşı, elmi infrastrukturun və laboratoriyaavadanlıqlarının yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinintətbiqi, gənc alimlərin elmi fəaliyyətə daha geniş cəlb olunması, doktorantura hazırlığının və əməkdaşların peşəkar inkişafimkanlarının gücləndirilməsi nəzərdə tutulur.

Strateji İnkişaf Planının əsas məqsədi Kimya İnstitutunun elmipotensialının və beynəlxalq rəqabət qabiliyyətinin artırılması, elmi nəticələrin real iqtisadiyyata transferinin sürətləndirilməsivə institut-sənaye əməkdaşlığının yeni mərhələyə keçirilməsidir.