"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
32 yaşlı futbolçu ilə "Əl-Nəsr" yaxından maraqlanır. Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir. Bu, transfer ehtimalını daha da artırır.
Qeyd olunur ki, futbolçu özü də "Əl-Nəsr"ə keçməyə müsbət yanaşır.
Bu mövsüm Kazemiro bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, Kazemiro və Ronaldo "Real"da komanda yoldaşı olublar. Kazemiro 2013-2022-ci, Ronaldo isə 2009-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. Kriştiano 2022-ci ilin dekabrından "Əl-Nəsr"in futbolçusudur.