03 yanvar 2025 19:19
161

Onlar da Skrinyara elçi düşdü

Milan Skrinyar yaxın günlərdə “Pari Sen-Jermen”dən ayrılacaq.

“İki sahil”in “RMC Sport”a istinadən verdiyi məlumatına görə, “Qalatasaray”ın da heyətinə qatmaq istədiyi slovakiyalı müdafiəçi qış transfer pəncərəsində Fransa ilə vidalaşacaq.

Məlumata görə, "Qalatasaray" 29 yaşlı müdafiəçi üçün icarə təklifi edib. Bu əməliyyatın mümkünlüyü müzakirə edilir, lakin danışıqların yekunlaşması hər iki tərəfin saziş imzalamağa hazır olmasından asılı olacaq. Skrinyarın İstanbul təmsilçisinə hələ də cavab vermədiyi bildirilir.

Bu arada futbolçu ilə adı açıqlanmayan Premyer Liqa komandası və Dortmund "Borussiya"sı da maraqlanır.

Qeyd edilir ki, Skrinyar hələ gələcəyi ilə bağlı yekun qərar verməyib və danışıqlar hələ də davam edir. Bir şey dəqiqdi; “İnter”in keçmiş futbolçusu Parisdə qalmayacaq.

O, bu mövsüm liqada cəmi beş dəfə oynayıb və daha çox Çempionlar Liqasında ehtiyat oyunçular skamyasında olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”