Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və insan tələfatına səbəb olub.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.
Hazırda ölənlərin dəqiq sayı məlum olmasa da, yerli hakimiyyət orqanları axtarış-xilasetmə işlərinə başlayıb və zəruri resursları səfərbər edib. Zəlzələ bölgəsində yeraltı təkanların təkrarlanma ehtimalı səbəbindən əhali təxliyə edilir.
Hadisənin miqyası və dəqiq nəticələri ilə bağlı əlavə məlumatların verilməsi gözlənilir.
Xatırladaq ki, Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri 80 min nəfərdən çox əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.