Məhkəmə kollegiyası İsrailin Baş naziri Binyamin Netanyahunun vəkillərinin onun iştirakı ilə keçirilən dinləmələri iki həftə təxirə salmaq tələbini təmin edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Netanyahunun vəkilləri Baş nazir xəstəxanadan çıxandan sonra həkimlərin tövsiyəsinə uyğun olaraq məhkəməyə müvafiq tələb irəli sürüblər. Tələb baxıldıqdan sonra təmin edilib.
Qeyd edək ki, İsrailin hökumət başçısı ümumi anesteziya altında əməliyyat edilib, onun vəzifələri ədliyyə naziri Yariv Levinə həvalə edilib. Əməliyyatdan sonra həkimlər Netanyahuya sağalmaq üçün xəstəxanada bir neçə gün qalmağı tövsiyə ediblər, lakin dekabrın 31-də baş nazir büdcə ilə bağlı qanun layihələrindən biri ilə bağlı Knessetdə (parlament) mühüm səsvermədə iştirak etmək üçün qısa müddətə klinikanı tərk edib. Netanyahunun bir neçə iş üzrə ifadə verdiyi məhkəmə prosesi 2024-cü ilin dekabrın 10-da Təl-Əviv Rayon Məhkəməsində başlayıb.