ABŞ-ın Luiziana ştatında quş qripinin H5N1 ştamından ilk ölüm halı qeydə alınıb.
“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, xəstənin yaşı 65-dən yuxarı olub və əvvəllər ona digər müşayiət olunan xəstəlik diaqnozu qoyulub. Yoluxma həm ev, həm də vəhşi quşlarla təmasdan sonra baş verib.
Luiziana Səhiyyə Departamentinin açıqlamasına görə, bu, hələlik ştat ərazisində qeydə alınmış yeganə haldır və sakinlər arasında H5N1 quş qripinin yayılma riski aşağı səviyyədə qalır.
Qeyd edək ki, ABŞ-da 2024-cü ildə 66 nəfərdə H5N1 virusu qeydə alınıb.