07 yanvar 2025 12:51
122

Kobaxidzedən Makrona məsləhət

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makrona diqqəti Qərb ölkələrinin "məhv etdiyi" Ukraynaya yönəltməyi məsləhət görüb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, İ.Kobaxidze bunu Makronun Rusiyanın Gürcüstanda seçkilərlə bağlı qeyri-sabitlik yaratması barədə bəyanatına dair jurnalistlərin sualına cavab verərkən deyib.

"Mən real problemdən danışıram və yalanı şərh edə bilmərəm. Hamının üzləşdiyi problemi şərh edirəm – bu, məhv edilmiş Ukraynadır", - İ.Kobaxidze bildirib.